20 iyul 2024 at 12:42
Jurnalist kodu: 5564
Xəbər kodu: 85543405
T T
0 Persons
Sionist mediası Təl-Əvivdə PUA partlaması ilə bağlı yeni təfərrüatları dərc edib

Tehran - İRNA - Yəmənin PUA-sının Təl-Əvivə hücumundan sonra sionist rejimin mediası hələ də qorxu içərisindədir və “Yediot Ahronot” bu barədə bir xəbərdə bu hücumun daha ətraflı təfərrüatlarına toxunub.

Yəmən silahlı qüvvələrinin Təl-Əvivin dərinliklərinə PUA ilə hücumu sionistləri və sionist rejimin mediasını narahat etməyə davam edir.

Bu arada sionist qəzeti “Yediot Ahronot” bu hücumun təfərrüatları haqqında yazıb: Bu PUA iki min kilometrə yaxın yol qət edib, əvvəlkilərlə müqayisədə bu PUA yeni sayılır və bu, İsrail ordusunun radar və müşahidə sistemlərinin pozulması səbəb olub.

Sözügedən media əlavə edib: Bu PUA-nın döyüş başlığı nisbətən kiçikdir və bir neçə kiloqramdan artıq partlayıcı daşıya bilməz, çünki o, uzun məsafəni uğurla qət etməlidir, ona görə də təsir dairəsi məhdud idi.

Yediot Ahronot davam etdi: İsrail ordusu bu PUA-nın uçuş marşurutunu tam şəkildə araşdırmağa davam edir; Amma ilkin hesablamalara görə, PUA İsrailin Sinay səhrasını və cənub sahillərində Aralıq dənizini aşağı hündürlükdə keçib.

Bu sionist media əlavə etdi: Bu PUA Təl-Əviv sahillərinə çatdıqda, müşahidə olunmamaq üçün hündürlüyünü xeyli aşağı saldı və su səviyyəsindən bir neçə on metrlik hündürlüyə endi, sonra isə, binaların hündürlüyünə qalxaraq partlayıb.

Sizin rəyiniz

You are replying to: .